Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Aşağı Qələnxur kəndində sakinlər ilə görüş keçirilib

24 oktyabr 2023 | 15:51

Aşağı Qələnxur kəndində keçirilən səyyar qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri qəbulda uzun müddət istismardan sonra Həzrə-Zuxul yolunda çökmüş yerlərin təmir olunması, istismara yararsız elektrik dirəklərinin və naqillərinin yeniləri ilə əvəz olunması, internetin çəkilməsi və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər