Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Avaranqışlaq kəndində səyyar qəbul keçirilmişdir.

02 iyun 2023 | 16:00

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Avaranqışlaq kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri kənddə rabitə şəbəkənin quraşdırılmasına, kəndi təbii qazla təmin olunmasına, mövcud transformatorun iri həcimli transformatorla ilə əvəz olunmasına, məktəb binanın təmirinə və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər