Qusar rayonunun Bədirqala kəndində səyyar qəbul keçirilmişdir.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Bədirqala kəndində keçirildiyi səyyar qəbulda kənd sakinləri istismara yararsız elektrik dirəklərin və naqillərin yenilənməsi, təzə istismara verilmiş artezian su quyusundan su xətlərinin çəkilməsi, tibb məntəqəsinin təbii qazla təmin olunması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.