Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun bir sıra kəndlərində şəhidlərin məzarları ziyarət edilib

28 oktyabr 2025 | 19:23
Doğma Vətən torpağı uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini daim uca tutmaq, adlarını əbədiləşdirmək hər birimizin vətəndaşlıq borcudur.
Şəhidlərimizin xatirəsi Qusar rayonunda da hər zaman əziz tutulur. Rayon rəhbərliyi tərəfindən şəhidlərimizin ailə üzvlərinə daim diqqət və qayğı göstərilir.
Oktyabrın 28-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov rayonun Xürel, Avaran, Ləyərqışlaq, Yeni Həyat, Həsənqala, Bədirqala kəndlərində şəhidlərin məzarlarını ziyarət edib.
Ziyarətdə həmçinin rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısı Aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qusar Rayon Təşkilatının sədri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr, şəhid ailələrinin üzvləri və kənd ağsaqqalları iştirak ediblər.
Həm ikinci, həm də birinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilmiş, məzarlar üzərinə gül dəstələri düzülərək xatirələri sonsuz ehtiramla yad edilmişdir.
İcra başçısı Sahir Məmmədxanov şəhid ailələrinin üzvləri ilə həmsöhbət olub, onların qayğıları ilə maraqlanıb.
Şəhidlərin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildiriblər.
Keçidlər