Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Cibir kəndində yeni məktəb binası istifadəyə verilib

15 sentyabr 2025 | 16:25
Sentyabrın 15-də Qusar rayonunun Cibir kəndində 264 şagird yerlik yeni tikilən məktəb binası istifadəyə verilib.
Açılış mərasimində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı Azər Badamov, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, məktəb kollektivi, şəhid ailələri və kənd sakinləri iştirak ediblər.
Cibir kənd tam orta məktəbinin inşasına 2024-cü ilin fevral ayında başlanılmışdı. Üçmərtəbəli yeni məktəb binasında 13 sinif otağı, fənn kabinetləri, müəllimlər otağı, kitabxana, laboratoriyalar, 84 yerlik akt və idman zalı, yeməkxana, həmçinin açıq idman meydançası fəaliyyət göstərəcək.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra Ulu Öndər Heydər Əliyev və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin aparat rəhbəri Mətin Kərimli, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov müəllim və şagirdləri yeni tədris ilinin başlanması və məktəb binasının istifadəyə verilməsi münasibətilə təbrik edib, çıxışlarında dövlətimizin təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində qazanılan uğurlardan, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən ətraflı danışıblar. Bildirilib ki, son illər bütün ölkə ərazisində, o cümlədən Qusar rayon təhsilinə dövlətin diqqət və qayğısının nəticəsidir ki, rayonun təhsil müəssisələrinin maddi-texniki bazası zənginləşdirilmiş, yüksək səviyyəli təhsil mühitinin yaradılması istiqamətində əsaslı işlər görülmüşdür. Qusar rayonunda dövlət büdcəsi hesabına 61 yeni məktəb, o cümlədən 17 modul tipli bina quraşdırılmış, 44 yeni məktəb binası tikilmişdir. Cari ildə rayonun Gündüzqala, İmamqulukənd, Urva və Aşağı Ləgər kənd məktəblərində, həmçinin Uşaq-Gənclər İdman-Şahmat məktəbində əsaslı təmir işləri aparılmışdır.
Tədbirdə çıxış edən şəhid Nurmətov Çoban Razəddin oğlunun anası Raziyə Nurmətova, şəhid Xeyirbəyov Malikin atası Samik Xeyirbəyov dövlətin şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etdilər. Valideynlər həmçinin yeni məktəbin açılışını yüksək dəyərləndirərək, bu müasir təhsil ocağının gənclərin savadlı, vətənpərvər və sağlam ruhda yetişməsinə mühüm töhfə verəcəyini qeyd ediblər.
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar. İlk zəng sədaları altında məktəbin müəllim və şagird kollektivi sinif otaqlarına daxil olublar.
Keçidlər