Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Cibir və Urva kəndlərində şəhid ailələri ilə növbəti dəfə görüş keçirilmişdir

29 dekabr 2022 | 09:23

Qusar rayon  İcra Hakimiyyətinin başçısı Vətən müharibəsi şəhidlərinin ailə üzvlərilə növbəti dəfə Qusar rayonunun Cibir və Urva kəndlərində  görüşmüşdür. Səmimi söhbət  zamanı Qusar RİH başçısı Şair Alxasov şəhid ailələrini qarşıdan gələn Dünya Azərbaycanlılarının həmrəylik günü və yeni il münasibəti ilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.Söhbət zamanı RİH Başçısı son illərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq ordu sıralarında xidmət edən hərbi qulluqçuların və şəhid ailələrinin etibarlı sosial müdafiəsinin təmin edilməsi, mənzil-məişət problemlərinin həll olunması, onlara verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsi daim diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir. Ümumiyyətlə, Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi ölkə başçısının həyata keçirdiyi daxili siyasət kursunun prioritet istiqamətidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların da sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı fərman və sərəncamlar imzalanıb. Bütün bunların davamı olaraq Prezident İlham Əliyevin 2449 saylı, 25 yanvar 2021-ci il tarixli Sərəncamı həmin kateqoriyadan olan əhali qruplarına dövlət başçısının xüsusi qayğısının növbəti təzahürüdür. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinin yaşayış şəraitinin yaxşılaşdırılması daim dövlətin nəzarəti altındadır. Şəhidlərin ailə üzvləri çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmiş, bir sıra məsələlərin həlli ilə bağlı arzu və istəylərini səsləndirmişlər.

RİH başçısı Şair Alxasov  şəhid ailələrinin qayğı və problemləri ilə maraqlanmış, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

Keçidlər