Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Çubuqlu və Bədirqala kəndlərində RİH başçısının növbəti səyyar qəbulları keçirilmişdir

17 mart 2026 | 22:43
Qusar rayonunda vətəndaşların müraciətlərinin dinlənilməsi, problemlərinin həlli məqsədilə rayon icra hakimiyyəti başçısının yerlərdə sakinlərlə görüşləri mütəmadi xarakter daşıyır. Martın 17-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxslərinin, RİH Başçısı Aparatının məsul şəxslərinin, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və sakinlərin iştirakı ilə rayonun Çubuqlu və Bədirqala kəndlərində vətəndaşların səyyar qəbulları keçirilmişdir.
Səyyar qəbul zamanı Çubuqlu kəndinin sakinləri kəndin qazlaşdırılmaması və yanacaq odunla təminatları ilə bağlı rastlaşdıqları çətinlikləri dilə gətiriblər. Həmçinin məktəb yolunun təmiri, əsas yolda yol nişanları və radarların quraşdırılması kimi məsələlər sakinlərin müraciətləri sırasında yer almışdır. Sakinlər həmçinin uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün müvafiq yerin ayrılmasını xahiş ediblər.
Rayonun Bədirqala kəndində baş tutan səyyar qəbuldan əvvəl Ulu Öndər Heydər Əliyevin, Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bədirqala kənd sakinləri məktəbə gedən əsas yolun asfaltlanması, yaşayış məhəlləsinə ana qaz xəttinin çəkilməsi, yol kənarlarında dayanacaqların quraşdırılması, torpaq sahəsi ilə təminat məsələləri ilə bağlı müraciətlərini səsləndirmişdir.
Rayon rəhbəri qaldırılan problemlərin həlli ilə əlaqədar aidiyyəti idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar vermişdir. Əhali ilə mütəmadi görüşlərin keçirilməsini təqdirəlayiq hal kimi qiymətləndirən sakinlər onlara göstərilən diqqət və qayğıya, rayon ərazisində həyata keçirilən abadlıq-quruculuq işləri, infrastruktur layihələrinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişdir.
Keçidlər