Qusar rayonunun Gədəzeyxur kəndində səyyar qəbul keçirilmişdir.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov tərəfindən Gədəzeyxur kəndində keçirildiyi səyyar qəbulda kənd sakinləri kəndin fasiləsiz elektrik enerji ilə təmin edilməsi, kəndin ərazisindən keçən magistral yolda nəqliyyat vasitələrinin sürətinin məhdudlaşdırılması məqsədilə yol nişanlarının quraşdırılması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün rayon İcra Hakimiyyətinin başçısı tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.