Qusar rayonunun Gican kəndində səyyar tibbi xidmət təşkil olunub
01 sentyabr 2025 | 09:08
28 avqust 2025-ci il tarixində Qusar rayonunun Gican kəndində əhali üçün səyyar tibbi xidmət həyata keçirilib. Aksiya çərçivəsində kənd sakinlərinə müxtəlif ixtisaslı həkimlərin iştirakı ilə müayinə və məsləhət xidməti göstərilib.
Səyyar tibbi xidmət zamanı ümumilikdə 30 nəfər vətəndaş müayinədən keçmiş, onların 5-i laborator analizlərə cəlb olunmuşdur. Əlavə olaraq, sakinlər terapevtik, pediatrik, oftalmoloji, lor və nevroloji xidmətlərdən də yararlanmış, bu istiqamətlər üzrə ümumilikdə onlarla şəxsə tibbi yardım göstərilmişdir.






