Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Gilah kəndində səyyar qəbul keçirilmişdir

23 iyun 2023 | 11:23

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Gilah kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Kənd sakinləri kəndin qazlaşdırılmasına, internet və telefon rabitəsi ilə təmin olunmasına, odun tədarükündə mövcud çətinlkilərin aradan qaldırılmasına və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri iştirak etmişdir.

Keçidlər