Qusar rayonunun Gündüzqala kəndində bədbəxt hadisə baş verib
05 aprel 2026 | 17:49
Qusar rayonunda müşahidə edilən intensiv yağıntılı hava şəraiti ilə əlaqədar olaraq rayon ərazisində çaylarda sululuğun artması müşahidə olunmuşdur.
Təəssüf ki, baş vermiş təbii hadisələr nəticəsində rayonun Gündüzqala kəndində bədbəxt hadisə qeydə alınmışdır. Kənd ərazisindən keçən Quru çayda suyun səviyyəsinin kəskin artması və sel sularının güclənməsi nəticəsində Gündüzqala kənd sakini, 1999-cu il təvəllüdlü Rəsulov Farik Fərid oğlu sel sularına düşərək həyatını itirmişdir.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri dərhal hadisə yerinə gəlmişdir. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilmiş, oxşar halların qarşısının alınması məqsədilə qabaqlayıcı addımların atılması istiqamətində işlərə başlanılmışdır.
Allah rəhmət eləsin.






