Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Hil kəndində elektrik şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir

29 iyul 2026 | 18:19
 
Əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə Hil kəndində elektrik şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir. Qusar Rayon İcra Hakimiyyətinin müraciəti əsasında "Azərişıq" ASC-i tərəfindən rayonun Hil kəndində köhnəlmiş elektrik xətlərinin və avadanlıqların təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə həyata keçirilir. Belə ki, 27 iyul tarixinə qədər kəndin ərazisində 237 ədəd 10 KV və 776 ədəd 0,4 KV-luq elektrik dirəyi quraşdırılıb. Həmçinin 25 ədəd 10 KV və 391 ədəd 0,4 KV-luq dirək betonlanıb. Bununla yanaşı, 4 ədəd KTP altlığı betonlanıb və 6380 metr 0,4 KV-luq kabel xətti çəkilib. Hazırda işlər davam etdirilir.
Keçidlər