Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Köhnə Xudat qazmalar kəndində səyyar qəbul keçirilmişdir.

19 sentyabr 2023 | 16:02

Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Köhnə Xudat Qazmalar kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir. Kənd sakinləri istismara yararsız elektrik dirəklərin və naqillərin yenilənməsi, 1 ədəd yeni transformatorun quraşdırılması, təbii qazın təzyiqinin artırılması, kənd yollarına çınqılın döşənməsi və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər