Qusar rayonunun Kuzunqışlaq kəndinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması üçün nasos stansiyası İstifadəyə verilmişdir
Samur-Abşeron kanalı Qusar rayonunun Kuzunqışlaq kəndinin ərazisini 2 hissəyə bölür. Kəndin Samur-Abşeron kanalından üst hissəsində yerləşən ərazisi Qusarçaydan qidalanan Kuzunqışlaq arxı vasitəsilə suvarma suyu ilə təmin edilirdi. Son illərdə havaların isti keçməsi, dağlıq ərazilərdə qar ehtiyatlanının azalması Qusarçayda suyun azalmasına səbəb olmuş, nəticədə Qusarçaydan qidalanan Cağar-Cibir kanalını və 13 arxı eyni vaxtda tələbata uyğun su ilə təmin etmək mümkün olmurdu. Ona görə də qeyd olunan kanal və anlara suyun verilməsi növbəlik üzrə qrafik əsasında həyata keçirilirdi. Bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının işinə mənfi təsir göstərir, məhsuldarlıq və keyfiyyət göstəricilərinin aşağı düşməsinə, son nəticədə kənd sakinlərinin gəlirlərinə və yaşayış səviyyəsinə təsir edirdi.
Bütün bu mənfi hallan aradan qaldırmaq, mövsüm ərzində 1200 nəfərdən çox əhalinin yaşadığı kəndin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə kəndin ərazisindən keçən Samur-Abşeron kanalından suyun nəql edilməsi üçün nasos stansiyası inşa edilmiş, 160 kvt gücündə mühərrik, saatda 300 kub metr suyu nəql edəcək nasos sistemi və digər avadanlıqlar, transformator yarımstansiyası quraşdırılmış, diametri 250 mm olan 1500 p/m uzunluğunda polietilen boru xətti çəkilmişdir. 2020-ci ildən inşasına başlanılmış və sonradan tikinti-quraşdırma işləri yarımçıq qalmış nasos stansiyasında bu günlərdə son tamamlama işləri görülmüş və istismara hazır vəziyyətə gətirilmişdir.
İstifadəyə hazır vəziyyətə gətirilmiş nasos stansiyası vasitəsilə Kuzunqışlaq kəndinin 190 hektar pay torpaq sahələri və 65 hektar həyətyanı torpaqlar suvarma suyu ilə təmin olunacaqdır.