Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Minəxür kəndində səyyar qəbul keçirilib

10 iyul 2025 | 18:12
10 iyul 2025-ci il tarixində Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanovun rayonun Minəxür kənd sakinləri ilə səyyar qəbul-görüşü keçirilib.
Görüşdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən müxtəlif sahələri əhatə edən bir sıra məsələlər qaldırılıb. Ən aktual problemlər sırasında içməli və suvarma suyunun çatışmazlığı, istismar müddətini başa vurmuş elektrik xəttləri və dirəklərinin yenilənməsi, kənd yollarının əsaslı təmiri, kənd məktəb binasının təmirinə dair müraciətlər səsləndirilib. Sakinlər həmçinin özünüməşğulluq proqramlarına qoşulmaqda dəstək göstərilməsi, işlə təminat məsələləri və digər sosial-iqtisadi xarakterli mövzularla bağlı müraciətlərini səsləndiriblər.
Qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilib, sakinlərə məsələlərin mahiyyəti izah olunub. Bildirilib ki, qaldırılan məsələlər araşdırılaraq, mərhələli şəkildə, qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.
Rayonun digər kənd və yaşayış məntəqələrində də vətəndaşların müraciətlərinin yerində dinlənilməsi məqsədilə səyyar qəbulların keçirilməsi mütəmadi xarakter daşıyır.
Keçidlər