Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Mucuq kəndində şəhid Heydərov Şair Camal oğlunun yeni dünyaya gəlmiş övladı ziyarət olundu

24 dekabr 2022 | 16:00

Qusar rayon İcra Hakimiyyətinin və YAP Qusar rayon təşkilatının  nümayəndələri şəhid Heydərov Şair Camal oğlunun övladının dünyaya gəlməsi münasibətilə şəhid ailəsini  ziyarət edib. Ziyarət iştirakçıları körpə Yeganənin dünyaya gəlməsi münasibətilə ailə üzvlərini təbrik etmiş, hədiyyələri təqdim edərək onun da atası kimi vətənə layiqli övlad olmasını, sağlam, xoşbəxt böyüməsini arzulamışlar. Şəhidin adına yaradılmış xatirə otağında onun şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olub, vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad ediblər. Şəhid Şair Camal oğlu 2022- ci ilin sentyabr ayında Laçın rayonu istiqamətində  düşmən təxribatının qarşısını alarkən şəhidlik zirvəsinə ucalmışdır.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Heydərov Şair Camal oğlu ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. Ölkə Prezidenti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışan ziyarətçilər qazilərimizin və onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, şəhid adlarının əbədiləşdirilməsi istiqamətində dövlət səviyyəsində görülən işlər barədə məlumat verib,şəhid ailələrinin müntəzəm ziyarət olunduğunu, onların problemlərinə xüsusi həssaslıqla yanaşıldığını vurğulayıblar. Şəhid atası Camal Heydərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya, həssas münasibətə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarığını ifadə edib. Şəhidin körpəsinin ziyarət olunmasını şəhidimizə olan hörmət və ehtiramın əyani sübutu kimi qiymətləndirib.

Keçidlər