Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Nəcəfkənd kəndində səyyar qəbul keçirilib

11 oktyabr 2025 | 12:37

9 oktyabr 2025-ci il tarixində Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov rayonun Nəcəfkənd kənd sakinlərinin səyyar qəbulunu keçirib. Görüşdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı ilə yanaşı, İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də kənd sakinləri iştirak ediblər.
Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən müxtəlif sahələri əhatə edən bir sıra məsələlər qaldırılıb. Ən aktual problemlər sırasında kənddə aptek məntəqəsinin olmaması, suvarma su arxlarının təmizlənməsinə və digər məsələlərə dair müraciətlər səsləndirilib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, ötən müddət ərzində həll olunan məsələlər sakinlərin diqqətinə çatdırılmış, qaldırılan problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir.

Keçidlər