Qusar rayonunun Nəcəfkənd kəndində səyyar qəbul keçirilmişdir
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov rayonun Nəcəfkənd kəndində vətəndaşların səyyar qəbulunu keçirmişdir. Kənd sakinləri internet xidmətlərindən yararlanmaq üçün mövcud EATS-in nömrə tutumunun artırılmasını, kənd təsərrüfatı texnikasının maniəsiz hərəkət etməsi üçün kənddaxili yolunun bir hissəsinin genişləndirilməsini və digər məsələlərin həllinə köməklik göstərilməsini xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərlə bağlı müvafiq izahat verilmiş, problemlərin həlli üçün rayon rəhbəri tərəfindən əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri iştirak etmişdir.