Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Quxuroba kəndində səyyar vətəndaş qəbulu keçirilib

18 fevral 2026 | 09:36
Fevralın 17-də rayonun Quxuroba kəndində rayon icra hakimiyyəti başçısının növbəti səyyar vətəndaş qəbulu keçirilmişdir. Səyyar qəbulda rayon icra hakimiyyətinin başçısı Sahir Məmmədxanov, RİH Başçısı Aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak etmişdir. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Respublikamızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Səyyar qəbul zamanı sakinlər kənddə köhnəlmiş, istismara yararsız elektrik dirəklərinin yenilənməsi, tibb məntəqəsinin təmiri, veteranlar evinin və kənd stadionunda geyinib-soyunma otağının inşası ilə bağlı müraciətlərini səsləndiriblər. Həmçinin, yolun çəkilməsi zamanı mühafizə zolağının müəyyən edilməsi səbəbindən pay torpaq sahəsinə texnikaların daxil ola bilməməsi məsələsi də sakinlərin müraciətləri sırasında yer alıb.
Qəbul zamanı icra başçısı tərəfindən əhalidən vergilərin yığılmasının və zəbt olunmuş torpaq sahələrinin rəsmiləşdirilməsinin vacibliyi xüsusi vurğulanmış, sakinlərin müraciətlərinin həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər