Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun sosial-iqtisadi inkişaf göstəriciləri müzakirə edilmişdir

05 dekabr 2025 | 13:01
Dekabrın 2-də Qusar Rayon İcra Hakimiyyətində rayonun mövcud sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsi məqsədilə RİH başçısı Aparatının aidiyyəti struktur bölmələrinin rəhbər və əməkdaşlarının, eləcə də rayonun müvafiq qurumlarının rəhbərlərinin iştirakı ilə 2025-ci ilin yanvar-sentyabr aylarında Qusar rayonunun sosial, iqtisadi inkişafına dair müzakirələr aparılmışdır.
2025-ci ilin yanvar-sentyabr aylarında Qusar rayonunun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri qənaətbəxş olmuş, iqtisadiyyatın əsas sahələri üzrə faktiki qiymətlərlə 322070,1 min manat dəyərində ümumi məhsul istehsal olunmuşdur.
Ümumi daxili məhsul istehsalının 6,5 faizi sənaye, 57,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 11,5 faizi tikinti, 1,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 1,0 faizi informasiya və rabitə, 21,8 faizi isə ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrinin payına düşmüşdür.
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında istehsal olunmuş sənaye məhsulu indeksi 51,1 faiz təşkil etmişdir. Sənaye məhsulunun 4,67 faizi mədənçıxarma sektorunda, 38,98 faizi emal sektorunda, 49,67 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 6,68 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.
2025-ci ilin yanvar-sentyabr aylarında müxtəlif mülkiyyət formasında olan müəssisə və təşkilatlar tərəfindən iqtisadiyyatın və sosial sahələrin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala yönəldilmiş investisiyaların 28,7 faizi dövlət mülkiyyəti, 71,3 faizi isə qeyri-dövlət mülkiyyətinin payına düşmüşdür.
01 oktyabr 2025-ci il vəziyyətinə bütün təsərrüfat kateqoriyaları üzrə təsərrüfatlarda dənli və dənli paxlalılar biçilmiş, həmin sahələrdən 57,9 min ton məhsul əldə edilmiş və orta məhsuldarlıq 29,0 sentner olmuşdur.
Cari ilin 9 ayı ərzində sahələrdən 27,5 min ton kartof, 25,2 min ton tərəvəz, 218 min ton qarğıdalı yığılmış, 41,5 min ton meyvə və giləmeyvə, 6,0 ton üzüm toplanmışdır.
2025-ci ilin yanvar-sentyabr aylarında 3522,9 ton diri çəkidə ət, 23,7 min ton süd, 8,9 mln ədəd yumurta istehsal edilmişdir.
Hesabat dövründə rayon ərazisində 6 nəqliyyat müəssisəsi xidmət göstərmiş, avtomobil nəqliyyatı ilə 379,0 min ton yük və 8182,0 min sərnişin daşınmışdır.
Nəqliyyat müəssisələrinin fəaliyyəti nəticəsində 2025-ci ilin yanvar-sentyabr aylarında göstərilən xidmətlərin həcmi 14,2 faiz artmışdır.
Cari ilin 9 ayında informasiya və rabitə sahələrində göstərilmiş xidmətlərin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 46,7 faiz çoxdur.
İnformasiya və rabitə xidmətlərinin həcminin 82,7 faizi bilavasitə əhaliyə göstərilmişdir ki, bu xidmətlərin həcmi keçən ilin müvafiq dövründəkindən 86,0 faiz çoxdur.
2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsinin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artmışdır.
Belə ki, ticarət şəbəkələrindən əhaliyə satılmış malların 50,7 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,3 faizini qeyri-ərzaq malları təşkil edir.
2025-ci ilin 9 ayı ərzində əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,0 faiz artmışdır. Onun 34,6 faizi dövlət mülkiyyətinə, 65,4 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur.
Hüquqi və fiziki şəxslərin xidmət şəbəkələri vasitəsilə əhaliyə göstərilmiş iaşə xidmətlərinin həcmi keçən ilin müvafiq dövrünə nisbətən 12,5 faiz çox olmuşdur. İaşə xidmətlərinin 29,9 faizi dövlət mülkiyyətinə, 70,1 faizi isə qeyri-dövlət mülkiyyətinə məxsus olmuşdur. İaşə dövriyyəsinin real həcminin çox hissəsi qeyri-dövlət sektoru hesabına formalaşmışdır.
01.10.2025-ci il tarixinə 21 mehmanxana (hotel) və mehmanxana tipli obyektlər fəaliyyət göstərmişdir. Bu mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə nömrələrin sayı 1020 vahid, yerlərin sayı isə 2454 yer olmuşdur. 2025-ci ilin yanvar-sentyabr aylarında həmin mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə 92026 şəxs yerləşdirilmişdir ki, onlardan 32275-i Azərbaycan vətəndaşları, 59751-i isə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olmuşdur. 2025-ci ilin yanvar-sentyabr aylarında 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə yerləşdirilmiş şəxslərin sayı 33,1 faiz artmışdır.
01.10.2025-ci il vəziyyətinə rayonda iqtisadi fəal əhalinin sayı 54,6 min nəfər, ondan məşğul əhalinin sayı 52,4 min nəfər, işsiz əhalinin sayı isə 4 faiz olmuşdur. Siyahı tərkibində olan muzdla işləyənlərin sayı 12257 nəfər olmuş, ondan 5860 nəfər dövlət sektorunda və 6397 nəfər qeyri-dövlət sektorunda çalışırlar. Rayon üzrə orta əmək haqqı 726 manat təşkil etmişdir. Hesabat dövründə 543 yeni daimi iş yeri açılmışdır.
Müzakirələrin sonunda RİH Başçısı rayonda fəaliyyət göstərən müəssisə və təşkiların fəaliyyətləri ilə bağlı bütün statistik hesabatların dolğun və vaxtında təqdim edilməsi ilə bağlı müvafiq izahat və maarifləndirici tədbirlərin həyata keçirilməsi, digər regionlarda qeydiyyatdan keçməklə rayonda fəaliyyət göstərən, müxtəlif sahələr üzrə məhsul istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərin rayon Statistika idarəsinə hesabatların verilməsinin diqqətdə saxlanması, göstəriciləri aşağı olan sahələrin fəaliyyətlərinin geniş təhlili ilə bağlı tapşırıqlarını vermişdir.
Keçidlər