Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun ümumtəhsil müəssisələrində 15 Sentyabr - Bilik Günü qeyd edilib

15 sentyabr 2026 | 18:25
 
Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür. Bu əlamətdar gün Prezident cənab İlham Əliyevin 21 avqust 2004-cü il tarixli Fərmanına əsasən təsis edilib. Fərmana əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır.
Qusar rayonunun ümumtəhsil müəssisələrində də Bilik Günü qeyd edilib. Keçirilən tədbirlərdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəblərdə ilk dərslər “Şəhərsalma və Memarlıq İli”nə həsr olunub, şagirdlərin iştirakı ilə musiqi və rəqs nömrələri, bədii kompozisiyalar nümayiş etdirilib.
Bilik Günü və yeni dərs ilinin başlaması münasibətilə şagird, tələbə, müəllim və valideynləri təbrik edir, onlara yeni tədris ilində uğurlar arzulayırıq!
Keçidlər