Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun ümumtəhsil müəssisələrində ideoloji maarifləndirmə tədbirləri davam etdirilir

29 oktyabr 2026 | 18:08
 
Rayonun ümumtəhsil müəssisələrində gənc nəslin milli-mənəvi dəyərlərə sədaqət, vətənpərvərlik ruhunda formalaşdırılması, eləcə də Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin və azərbaycançılıq ideologiyasının dərindən öyrənilməsi və təbliği istiqamətində silsilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.
Keçirilən tədbirlərin davamı olaraq, oktyabrın 28-də rayonun Quxuroba kənd tam orta ümumtəhsil məktəbində "Vətənpərvərlik və dövlətçilik milli həmrəyliyin əsasıdır" mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə çıxış edənlər müasir dövrdə qloballaşan dünyanın çağırışları fonunda gənclər arasında vətənpərvərlik hisslərinin və dövlətçilik təfəkkürünün möhkəmləndirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıblar. Bildirilib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfər və suverenliyimizin tam bərpa olunması dövlətçiliyə sadiq, vətənpərvər ruhda yetişmiş gəncliyin rəşadətinin bariz nümunəsidir.
Oktyabrın 29-da rayonun Kuzunqışlaq kənd tam orta ümumtəhsil məktəbində məktəbin pedaqoji kollektivinin və şagirdlərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və azərbaycançılıq ideyasının təbliğinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Mövzu ətrafında çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin formalaşdırdığı azərbaycançılıq ideologiyası bu gün milli birliyimizin, həmrəyliyimizin ideoloji əsasıdır. Vurğulanıb ki, Ulu Öndərin müəllifi olduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilən bu siyasi kurs Azərbaycanın qüdrətli və qalib dövlətə çevrilməsini təmin edib.
Hər iki tədbir çərçivəsində mövzuya dair çıxışlar dinlənilib, şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb və təlim-tərbiyə prosesində ideoloji işin səmərəliliyinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb.
Keçidlər