Qusar rayonunun Yuxarı Qələnxur kəndində səyyar qəbul keçirilmişdir.
Yuxarı Qələnxur kəndində keçirildiyi səyyar qəbulda kənd sakinləri payızlıq əkin mövsümü ilə əlaqədar rayon mərkəzinə olan məsafənin uzaq olmasını nəzərə alaraq mineral gübrələrinin səyyar satışının təşkili, istismara yararsız elektrik dirəklərinin və naqillərinin yeniləri ilə əvəz olunması, kəndin bir neçə evə içməli suyun verilməsində yaranmış çətinliklərin aradan qaldırılması və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.