Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar rayonunun Yuxarı Tahircal kəndində səyyar qəbul keçirilmişdir.

05 oktyabr 2023 | 17:16

Yuxarı Tahircal kəndində keçirildiyi səyyar qəbulda kənd sakinləri istismara yararsız elektrik dirəklərin və naqillərin yenilənməsi, qonşu bələdiyyə ilə sərhəddə yerləşən otlaq sahələrinin sərhədlərinin dəqiqləşdirilməsi, kənd yolunun hamarlanması, internetin çəkilməsi və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər  problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.

Keçidlər