Qusar rayonunun Zuxul kəndində səyyar qəbul keçirilmişdir.
Zuxul kəndində keçirildiyi səyyar qəbulda kənd sakinləri torpaqların yuyulub aparılmasının qarşısının alınması üçün Samur çayında sahil mühafizə bəndlərinin quraşdırılması, kənd küçələrinin işıqlandırılması, içməli suya olan tələbatını ödəmək üçün 1 ədəd artezian quyusunun qazılması, kəndin ərazisindən keçən magistral yol kənarı boyu suötürücü arxlarının çəkilməsi və həmin yolda nəqliyyat vasitələrinin sürətinin məhdudlaşdırılması üçün yol nişanlarının quraşdırılması, internetin çəkilməsi və digər məsələlərin həllinə köməklik göstərilməsi xahiş etmişdir. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilmiş, bir sıra məsələlərə müvafiq izahat verilmiş, digər problemlərin həlli üçün əlaqədar idarə və təşkilat rəhbərlərinə tapşırıqlar verilmişdir. Qəbulda kənd sakinləri ilə yanaşı RİHB Aparatının əməkdaşları, bir sıra idarə və müəssisələrinin rəhbərləri də iştirak etmişdir.