Qusar rayonunun Zuxuloba kəndində səyyar vətəndaş qəbulu keçirilmişdir
16 aprel 2026 | 18:34
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanovun, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə növbəti səyyar vətəndaş qəbulu rayonun Zuxuloba kəndində keçirilmişdir. Səyyar qəbul zamanı kənd sakinləri istismara yararsız, köhnə elektrik dirəklərinin dəyişdirilməsi, kəndin əvvəlki adının bərpası və digər məsələlərlə bağlı müraciətlərini səsləndirmişdir.
Vətəndaşların müraciətləri dinlənilmiş, aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, sakinlərə məsələlərin mahiyyəti izah olunmuşdur. Qeyd edilmişdir ki, qaldırılan məsələlər araşdırılaraq, mərhələli şəkildə, qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir. Rayonun digər kənd və yaşayış məntəqələrində də vətəndaşların müraciətlərinin yerində dinlənilməsi məqsədilə səyyar qəbulların keçirilməsi mütəmadi xarakter daşıyır.






