Qusar RİH başçısı Aparatının Hüquq şöbəsinin müdiri Əliyulla Nəcərova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub
18 avqust 2025 | 18:01
Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafı və bu sahədə nümunəvi xidmətləri ilə seçilən əməkdaşların əməyinin qiymətləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin sərəncamı ilə dövlət qulluğunda uzunmüddətli və səmərəli fəaliyyətinə görə təltif olunan şəxslər sırasında Qusar Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin müdiri Nəcərov Əliyulla Elbrus oğlu da yer alıb.
Əliyulla Nəcərov Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Bu yüksək mükafat onun dövlət qulluğunda göstərdiyi uzunmüddətli və nümunəvi fəaliyyətinə verilən layiqli qiymətdir.
Əliyulla Nəcərov 2011-2014-cü illərdə Qusar Rayon Məhkəməsinin, 2014–2024-cü illər ərzində Qusar Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin əməkdaşı olmuş, 2024-cü ildən isə həmin şöbənin müdiri vəzifəsinə təyin olunaraq hüquqi idarəetmə sahəsində öz bilik və təcrübəsini uğurla tətbiq etmişdir.
Avqustun 18-də Qusar Rayon İcra Hakimiyyətinin başçısı cənab Sahir Məmmədxanov tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı və vəsiqə Əliyulla Nəcərova təqdim olunmuşdur. İcra başçısı dövlət başçısının dövlət qulluğuna verdiyi diqqət və yüksək dəyəri xüsusi vurğulamış, Əliyulla Nəcərovu layiqli təltif münasibətilə təbrik etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamışdır.






