Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar RİH başçısı Sahir Məmmədxanov rayonun suvarma və içməli su ilə təmin edən qurğuların işi ilə tanış olub

04 oktyabr 2024 | 17:04

Rayonun iqtisadi potensialının artırılması, infrastruktur təminatının yüksəldilməsi və əhalinin rifahınınyaxşılaşdırılması məqsədilə  qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının inkişaf etdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir. Kənd təsərrüfatının inkişaf etdirilməsində əkin sahələrinin genişləndirilməsi və məhsuldarlığın artırılması başlıca rol oynayır. Bu baxımdan əkin sahələrinin artırılması və yüksək məhsuldarlığın əldə olunmasında sahələrin suvarma suyu ilə təmin edilməsi və meliorasiya işlərinin aparılmasının  vacibliyin nəzərə alaraq suvarma suyundan səmərəli istifadə edilməsi və bütün sahələrin vaxtlı-vaxtında suvarma suyu ilə təmin olunması rayon İcra Hakimiyyətinin diqqə mərkəzində saxladığı məsələlərdən biridir. Qusar rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov 01 oktyabr 2024-cü ildə rayonu suvarma suyu ilə təmin edən Samur-Abşeron, Yuxarı Zeyxur və Xan-Arx kanallarının və texniki qurğuların fəaliyyəti, eləcə də istismar göstəriciləri ilə yaxından tanış olmaq üçün aidiyyəti şəxslər ilə birgə qeyd olunan obyektlərə yerində baxış keçirmiş, bu sahədə  görülmüş işlərin və gələcəkdə aparılacaq tədbirlərin müzakirəsini  aparmışdır.

Rayon İcra Hakimiyyətinin başçısına məlumat verilmişdir ki, Samur çayından qidalanan Samur-Abşeron kanalı rayonun Quxuroba, Gicanoba, Çubuqlu, Urvaoba və Kuzunqışlaq kəndlərinin ümumilikdə 3713 hektar ərazisini suvarma suyu ilə təmin edir. Samur çayından qidalanan Yuxarı Zeyxur kanalı rayonun Kirig, Ləcət, Yuxarı Zeyxur, İmamqulukənd, Gündüzqala, Bədişqala, Gədəzeyxur, Piral, Suduroba, Yuxarı Tahircal, Aşağı Ləgər, Langi kəndlərinin ümumilikdə 6091 hektar ərazisini suvarma suyu ilə təmin edir. Samur-Abşeron kanalından qidalanan Xan-Arx kanalı isə rayonun Qullar, Gicanoba, Mucuqoba, Ukur, Həzrə, Girik, Torpaqkörpü, Qaratoba, Əcəxüroba, Zuxuloba, Gilahoba, Nəcəfkəndoba, Üzdənoba, Kufoba, Haçatala, Şirvanlı, Aşağı İmamqulukənd, Hiloba, Yasaboba və Ləgərqışlaq kəndlərinin ümumilikdə 9537 hektar ərazisini suvarma suyu ilə təmin edir.

Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov eyni zamanda rayonun içməli su təsərrüfatının mövcud vəziyyəti ilə də tanış olmuş,  bu sahədə mövcud problemləri rayonun içməli su təminatına məsul şəxslərlə ətraflı müzakirə etmişdir. Son illərdə rayonun içməli su təsərrüfatının yenilənməsi istiqamətində bir sıra işlər görülmüş, Qusar Su ve Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin xidmət göstərdiyi Qusar şəhəri, Samur qəsəbəsi, Qayakənd, Çiləgir və Aşağı Ləgər kəndlərində su təminatının yaxşılaşdırılması istiqamətində bir sıra layihələr həyata keçirilmişdir. Qusar şəhərinin içməli su  təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası ilə Yaponiya Beynalxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi layihə çərçivəsində Qusar şəhərinin su və kanalizasiya şəbəkəsi yenidən qurulmuşdur. Görülmüş işlərlə yanaşı bir sıra problemlər də mövcuddur ki, bunlardan da ən həlli vacibləri Çiləgir kəndində su və kanalizasiya şəbəkəsinin qurulması, Samur qəsəbəsinin köhnəlmiş su şəbəkəsinin yenisi ilə əvəz olunması, ehtiyac olan kəndlərdə subartezian quyularının qazılması ilə bağlıdır.

Rayonun içməli və suvarma suyu ilə təminatı sahəsində görülən işlər və mövcud problemlərlə  tanış oln  İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov suvarma mövsümünün bitdiyini nəzərə alaraq növbəti mövsümə hazırlıq məqsədilə zəruri təmir-bərpa işlərinin aparılması, suvarma suyunun təsərrüfatlara itkisiz çatdırılması üçün arx və kanalların yenidənqurulması və içməli su təminatının yaxşılaşdırılması istiqamətində görülməli işlərə dair öz tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər