Qusar RIH başçısı şəhidlərin anım tədbirində iştirak etmişdir
19 sentyabr 2024-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı zamanı şəhid olmuş İskəndərov Murad Əlağa oğlu və Cəfərov Oleg Qlıç oğlunun anım tədbirlərində iştirak etmişdir.
Əvvəlcə Qusar rayon İmamqulukənd kəndindən olan şəhid Cəfərov Oleg Qlıç oğlunun daha sonra Qusar rayon Çiləgir kəndindən olan şəhid İsgəndərov Murad Əlağa oğlunun məzarları ziyarət olunmuş, şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir.
İcra başçısı müqəddəs torpaqlarımızın düşmən tapdağından azad olunmasında canlarını fəda edən şəhidlərimizin ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da xatirələrinin əziz tutulduğundan və ailələrində mövcud olan problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdən danışmışdır. Həmçinin o, şəhid ailələrinin qayğı və problemlərin həllinin qarşıda duran ən vacib vəzifələrdən biri olduğunu vurğulamış, mövcud problemlər müzakirə olunmuşdur.
Anım mərasimində şəhid ataları İsgəndərov Əlağa və Cəfərov Qlıç şəhid ailələri adından onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz təşəkkür və minnətdarlığını bildirmişlər.