Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar RİHB Aparatı yeni texniki avadanlıqlarla təchiz olunub

19 noyabr 2024 | 20:32
Müasir texnologiyaların sürətli inkişafı dövlət idarəetmə proseslərində yeni yanaşmaların tədbiqini tələb edir. Azərbaycan da daxil olmaqla, dünyanın əksər ölkələrində idarəetmə sistemində informasiya və kommunikasiya texnologiyalarından geniş şəkildə istifadə olunur. Bu istifadənin əsas məqsədi informasiya mübadiləsinin asanlaşması, daha sürətli formada aparılması, xidmət keyfiyyətinin yüksəldilməsi, səmərəliliyin artmasıdır. Bu gün İKT dövlət strukturlarının fəaliyyətinə nüfuz edərək, əsas qüvvəyə çevrilib. Bir sıra dövlət orqanları kimi Qusar rayon İcra Hakimiyyətində də müasir texnologiyaların imkanlarından geniş şəkildə istifadə olunur. Müraciətlərin elektron şəkildə qeydiyyata alınması, onlayn şəkildə vətəndaş qəbullarının keçirilməsi, sənədlərin elektron dövriyyəsinin aparılması həm resurs, həm də vaxta qənaət etmək baxımından əlverişli üsuldur. RİH-də demək olar ki, bütün iş prosesi elektronlaşdırılıb. Binanın giriş hissəsində 2 fərqli keçid növü (kart, barmaq tanıma) olan, elektronik idarəetmə metodları ilə işləyən turniketlər quraşdırılıb. Bu sistem giriş-çıxışa nəzarət edilməsi və təhlükəsizliyin təmin olunmasına xidmət edir.
Qusar rayon İcra Hakimiyyəti Başçısı Aparatı informasiya sisteminin fəaliyyətinin təşkili və tədbiqi üçün tələb olunan texniki vasitələr və lazımi iş şəraiti ilə təmin olunub. Mövcud texnika vaxtaşırı olaraq yeni, modern, inteqrasiya olunmuş avadanlıqlarla əvəz olunur. Növbəti dəfə yeni gətirilən kompüter, printer, fotovideokameralar və digər texniki avadanlıqlar əməkdaşların istifadəsinə verilmişdir. Günümüzün standartlarına cavab verən bu avadanlıqlar keyfiyyətli və sürətli işin qurulmasına imkan verir.
Keçidlər