Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbi “BilBacar” müsabiqəsində uğurlu nəticə göstərib

03 iyul 2026 | 17:25

Qusar şəhəri Bəhruz Ağaverdiyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbi ölkə miqyasında növbəti uğura imza atıb. Məktəb, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən nüfuzlu “BilBacar” intellektual müsabiqəsində “Yüksək nəticə” nominasiyası üzrə Respublika səviyyəsində ilk TOP-10 siyahısına daxil olaraq böyük nailiyyət qazanıb. Bu nəticə ilə Qusar məktəbi paytaxt Bakı, Sumqayıt və Gəncə şəhərlərinin qabaqcıl lisey və gimnaziyaları ilə eyni sırada yer alaraq, rayonumuzu layiqincə təmsil edib. Qeyd edək ki, cari ildə keçirilən müsabiqəyə respublika üzrə 2316 məktəbi təmsil edən 186521 şagird qatılıb. Rəqabətin son dərəcə yüksək olduğu müsabiqəyə 2025-ci ilin noyabr ayında start verilib. 4 hazırlıq və 4 yarış mərhələsindən ibarət olan intellektual yarış 2026-cı ilin may ayında yekunlaşıb. Möhtəşəm nəticəyə imza atan Qusar 1 nömrəli tam orta ümumtəhsil məktəbi müsabiqədə ümumilikdə 105 şagirdi ilə iştirak edib. Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının adından məktəbin pedaqoji və şagird kollektivini təbrik edir, yeni uğurlar arzulayırıq.

Keçidlər