Qusar şəhər Uşaq İncəsənət Məktəbinə görkəmli bəstəkar Elza İbrahimovanın adı verilmişdir
09 fevral 2026 | 18:32
Qusar rayonunun ictimaiyyət nümayəndələrinin və ziyalıların çoxsaylı müraciətləri, həmçinin görkəmli bəstəkar Elza İbrahimovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafı istiqamətində misilsiz xidmətləri nəzərə alınaraq, onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 9 fevral 2026-cı il tarixli qərarı ilə Qusar şəhər Uşaq İncəsənət Məktəbinə Azərbaycanın Xalq artisti Elza İbrahimovanın adı verilmişdir.
Bu qərar, böyük bəstəkarın zəngin yaradıcılıq irsinin yaşadılması və gələcək nəsillərə tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyır.






