Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar şəhərində abadlıq-quruculuq işləri davam etdirilir-2026

27 iyul 2026 | 16:17
 
Qusar şəhərində sakinlərin rahat və müasir şəhər mühitində yaşaması məqsədilə abadlıq-quruculuq işləri ardıcıl şəkildə davam etdirilir. Bu çərçivədə şəhərin mərkəzində yerləşən Heydər Əliyev prospektindəki istirahət parkında yenidənqurma və quruculuq işlərinə başlanılıb. Layihə çərçivəsində parkın ərazisi müasir tələblərə uyğun yenidən planlaşdırılır. Uşaqların asudə vaxtlarını daha rahat, təhlükəsiz və əyləncəli keçirmələri üçün ərazidə müxtəlif oyun elementləri və əyləncə qurğuları quraşdırılacaq. Eyni zamanda, yaşıllıqların artırılması, oturacaqlar və işıqlandırma sistemlərinin yenilənməsi nəzərdə tutulur.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov Heydər Əliyev prospektində yerləşən istirahət parkında olub, ətraf ərazidə yaşayan sakinlərlə görüşüb, onların təklif və müraciətlərini dinləyib. Görüş zamanı parkda aparılacaq yenidənqurma işləri ilə bağlı sakinlərə ətraflı məlumat verilib.
Qeyd edək ki, görülən işlər Qusar şəhərinin simasının daha da gözəlləşdirilməsinə, əhalinin asudə vaxtının səmərəli təşkilinə və şəhərin abadlığının yüksəldilməsinə xidmət edir. Abadlıq-quruculuq tədbirlərinin mərhələli şəkildə şəhərin digər ərazilərində də davam etdirilməsi planlaşdırılır.
Keçidlər