Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar şəhərində Ümummilli Lider Heydər Əliyevin doğum günü qeyd edildi.

10 may 2024 | 14:07

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Qusar şəhərində tədbir keçirilmişdir. İlk əvvəl Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, rayonun hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri şəhərin mərkəzində yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzməklə hörmət və ehtiramlarını bildirmişlər. Tədbirdə  Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Ümummilli Lider Heydər Əliyevin çoxşaxəli, xalqımızın xilas və tərəqqi yoluna çevrilmiş fəaliyyəti haqqında geniş nitqlə çıxış etmişdir. Daha sonra tədbir konsert proqramı ilə davam etmişdir.

Keçidlər