Qusar şəhərində yolların əsaslı təmiri işləri davam etdirilir
04 sentyabr 2026 | 18:36
Qusar şəhərində yolların əsaslı təmiri işləri davam etdirilir
Qusar şəhərinin “Asəf Mehman” küçəsində asfaltlanma işləri başa çatdırılıb. Küçəyə 2200 kvadratmetr yeni asfalt örtüyü salınaraq yolun hərəkət şəraiti yaxşılaşdırılıb.
Qusar şəhərində yolların əsaslı təmiri istiqamətində işlər davam etdirilir. Cari il ərzində şəhərin 18 küçəsində təmir işlərinin aparılması nəzərdə tutulub.






