Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar şəhərinin siması gündən-günə dəyişir

11 dekabr 2024 | 11:26
Qusar rayonunda iqtisadi inkişaf, insanların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində abadlıq-quruculuq işləri uğurla davam etdirilir.
Ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması məqsədilə rayon ərazisində də ağaclar əkilir, yeni yaşıllıq zolaqları salınır, mövcud parklarda, küçə və prospektlərdə abadlıq işləri aparılır.
Dekabrın 9-da növbəti ağacəkmə aksiyası çərçivəsində magistral yolların kənarlarında 300-dən çox Eldar şamı ağacı əkilib, mövcud yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Əhalinin sevimli istirahət yeri olan N.Nərimanov parkında həyata keçirilən abadlıq işləri çərçivəsində park ərazisində 800-dən çox yerli ağac növlərindən tinglər əkilib, təmizlik işləri aparılıb.
Sakinlərin rahat həyat şəraitinin təmin oluması istiqamətində görülən işlərə uyğun olaraq Qusar rayonunun H.Əliyev prospektində yerləşən 146 saylı çoxmənzilli yaşayış binasının dam örtüyünün təmiri nəzərdə tutulan 1350 kv.m hissəsi yenilənib.
Şəhərin E.İbrahimova küçəsində də abadlıq işləri davam etdirilir. Şəhərin görkəminə xələl gətirən çəpərlər yenisi ilə əvəzlənərək yolboyu istinad divarları aqlay plitələrlə üzlənib, yeni mühəccərlər quraşdırılıb.
Qusar rayonunda aparılan tikinti-quruculuq işləri rayon sakinləri tərəfindən də yüksək qiymətləndirilir. İşlərin keyfiyyətlə həyata keçirilməsi daim nəzarətdə saxlanılmaqla, rayon ərazisində abadlıq, quruculuq, təmir işlərinin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər