Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusar Tarix-Diyarşünaslıq Muzeyinə maarifləndirici ekskursiyalar davam etdirilir

24 sentyabr 2026 | 18:41
 
Tarixi keçmişin öyrənilməsi, zəngin mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması milli-mənəvi dəyərlərin yaşadılmasının mühüm şərtlərindən biridir. Bu baxımdan muzeylər tariximizin müxtəlif mərhələlərini əks etdirən maddi-mədəni nümunələrin qorunduğu maarifləndirici məkanlardan biri kimi xüsusi əhəmiyyət daşıyır.
Rayonun tarixinin və zəngin mədəni irsinin gənc nəslə daha yaxından tanıdılması məqsədilə Rayon Tarix-Diyarşünaslıq Muzeyinə ümumtəhsil müəssisələrinin şagirdləri və gənclər üçün mütəmadi olaraq maarifləndirici ekskursiyalar təşkil edilir. Muzey rayon sakinləri və Qusara gələn qonaqlar tərəfindən də ziyarət edilən məkanlardan biridir.
Tarix-Diyarşünaslıq Muzeyinə növbəti ekskursiya Qusar Peşə Liseyində “Turizm təşkilatçısı” ixtisası üzrə təhsil alan tələbələr üçün təşkil olunub. Ekskursiya zamanı tələbələr Qusar rayonunun qədim tarixini, zəngin mədəni irsini özündə əks etdirən, müxtəlif dövrlərə aid eksponatlarla yaxından tanış olublar. Ekskursiya çərçivəsində Qusarın turizm potensialı və rayonun bu sahədə malik olduğu imkanlar barədə də məlumat verilib. Bildirilib ki, zəngin tarixi-mədəni irs, özünəməxsus təbiət və coğrafi xüsusiyyətlər Qusarı Azərbaycanın turizm baxımından diqqətçəkən bölgələrindən birinə çevirən əsas amillərdəndir. Xüsusilə “Turizm təşkilatçısı” ixtisası üzrə təhsil alan gənclər üçün rayonun tarixi və mədəni irsinin dərindən öyrənilməsi gələcək peşə fəaliyyətlərində bu biliklərdən səmərəli istifadə etmələrinə şərait yaradır.
Keçidlər