Qusarda 15 iyun, Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilmişdir.
Müstəqillik tariximizdə ölkəmizin və xalqımızın bu günü və gələcəyi üçün müstəsna əhəmiyyət daşıyan 15 iyun Milli Qurtuluş Gününün 31-ci ildönümü qeyd olunur. Bu gün Qusarda 15 iyun, Milli Qurtuluş Günü münasibətilə Qusar rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən RİH başçısının birinci müavini Şahid Fərəməzov, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri və ictimaiyyət nümayəndələri Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzində yerləşən abidəsi ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz və unudulmaz xatirəsi dərin ehtiramla anılmışdır. Axşam saatlarında şəhərin mərkəzi meydanında 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti təşkil olunmuşdur.