Qusarda 1918-ci il mart soyqırımı qurbanları hörmətlə yad edilib.
29 mart 2024 | 21:27
31 mart - Azərbaycanlıların soyqırımı günündə Qusar şəhərində 1918-ci ildə Qanlı dərədə həlak olan Qusar və Quba qəhrəmanlarının xatirəsinə ucaldılmış abidə ziyarət olunub. Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, sakinlər, ictimaiyyət nümayəndələri bütün soyqırım qurbanlarını yad edərək abidə önünə gül-çiçək düzüblər. Sonra Qusar şəhərindəki Rəsm qalereyasında soyqırımdan bəhs edən gənc rəssamların əl işlərindən ibarət sərgiyə baxış keçirilib.