Qusarda 20 Yanvar faciəsinin qurbanları yad edildi.
20 Yanvar faciəsinin 34-cü il dönümü ilə bağlı Şəhidlər Xiyabanında anım mərasimi keçirilmişdir. Ümumxalq hüzn günündə Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri, rayon ictimaiyyətinin nümayəndələri anım tədbirində iştirak ediblər. Tədbirində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə və şəhidlərin məzarları üzərinə gül dəstələri qoyulmuş, dualar oxunmuşdur. Vətənin azadlığı və suverinliyi uğrunda canlarından keçmiş, günahsız qətlə yetirilmiş şəhidlərin əziz xatirəsi böyük ehtiramla yad edilmişdir. Rayon ərazisində matəm əlaməti olaraq Dövlət bayraqları endirilmiş, Bakı vaxtı ilə saat 12:00-da rayonun bütün ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.