Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə bayram konserti keçirilib

28 iyun 2025 | 12:21

 

26 iyun 2025-ci il tarixində Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Qusar rayon Mədəniyyət Mərkəzi və Qusar Dövlət Ləzgi Dram Teatrının birgə təşkilatçılığı ilə şəhərin General Mahmud Əbilov adına Mərkəzi Meydanında Azərbaycan Respublikasının Silahlı Qüvvələr Gününə həsr olunmuş təntənəli bayram konserti keçirilib.

Bayram tədbirində Qusar rayonunun mədəniyyət müəssisələrinin əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Konsert proqramında Qusar Rayon Mədəniyyət Mərkəzinin və onun kənd filiallarının əməkdaşları, yerli musiqi kollektivlərinin solistləri və incəsənət nümayəndələri tərəfindən vətənpərvərlik mövzusunda mahnılar ifa olunub. Səhnədə "İkram" ritm qrupu və "Assa Ləzginka" rəqs ansamblının çıxışları tədbirə xüsusi rəng qataraq, tamaşaçılar tərəfindən böyük maraq və alqışla qarşılanıb.

Tədbirin yadda qalan anlarından biri də Tofiq İsmayılov adına Qusar şəhər 6 saylı tam orta məktəbin şagirdlərindən ibarət "Komando" əlbəyaxa döyüş qrupunun nümunəvi çıxışı olub. Gənc idmançıların nümayiş etdirdikləri peşəkar hərəkətlər, nizam-intizam və vətənpərvərlik ruhu tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Sonda xatirə şəkilləri çəkdirilib.

Keçidlər