Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda 26 İyun – Silahlı Qüvvələr Günü qeyd edilib

25 iyun 2026 | 15:46

26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Qusar şəhərində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin əziz xatirəsi dərin ehtiramla yad edilmişdir.
Tədbirdə Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov, Rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrinin rəhbərləri və əməkdaşları, qazilər, eləcə də ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Mərasimdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkəmizin Silahlı Qüvvələrinin formalaşdırılması və inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlər bir daha ehtiramla xatırlanmışdır.

Keçidlər