Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda 8 mart Beynəlxalq Qadınlar günü və Novruz bayramı ərəfəsində şəhid ailələri ilə görüş keçirildi

05 mart 2024 | 15:58

5 mart 2024-cü il tarixdə 8 mart  Beynəlxalq Qadınlar günü və xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı ərəfəsində şəhid ailələri və qazilərlə görüş keçirilmişdir. Görüşdə rayonun hüquq-mühafizə orqanlarının, regional və yerli xidmət təşkilatlarının rəhbərləri iştirak etmişdir. Əvvəlcə  torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Daha sonra Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov çıxış edərək 8 mart  Beynəlxalq Qadınlar günü münasibəti  şəhid analarını, Novruz bayramı münasibəti ilə şəhid ailələrini və qaziləri təbrik etmiş, onlra ən xoş arzu-diləklərini ifadə etmiş, Azərbaycan dövlətinin, bütün dövlət qurumlarının daim onların yanında olduğunu, onların hər bir arzu, istək və təklifinə diqqətlə yanaşılacağını bildirmişdir. RİH başçısı 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi qələbədən söz açaraq zəfərlə başa çatan müharibədə vətənimizin igid oğullarının göstərdikləri şücaətlərdən danışmış, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin öz qanları ilə yazdıqları qəhrəmanlıq tarixinin hər birimizə, eləcə də gələcək nəsillərə nümunə, örnək olduğunu bildirmişdir. Görüşdə RİH başçısının birinci müavini Şahid Fərəməzov çıxış edərək Qusar rayon İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli, işlə təminat və onların məşğulluq proqramlarına cəlb edilməsi istiqamətində görülən tədbirlər barədə məlumat vermişdir. Daha sonra görüş şəhid ailələri və qaziləri narahat edən problemlərin müzakirəsi ilə davam etdirilmişdir. RİH başçısı Şair Alxasov şəhid ailələri və qazilərin mənzilə olan tələbatının ödənilməsi istiqamətində aparılan işlərdən danışmış, görüş iştirakçılarının qaldırdıqları kənddaxili yolların təmiri, əkin sahəsi ilə bağlı məsələlərin, eləcə də digər sosial-məişət problemlərinin həlli ilə bağlı aidiyyatı şəxslərə tapşırıqlarını vermişdir. Şəhid ailələri və qazilər hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə etmiş, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər