Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda ağac əkmə aksiyası keçirilmişdir

15 mart 2023 | 16:53

Qusar rayonunda hər il yaz və payız fəsillərində, ağacların əkilməsi üçün optimal hesab olunan aylarda ağac əkmə aksiyalarının keçirilməsi ənənə halını almışdır. Bu il Novruz bayramı ərəfəsində keçirilən ağacəkmə aksiyası Ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmişdir. Ümumrayon iməcliyində Qusar şəhəri ərazisində və kəndlərdə yollarının kənarlarında ağaclar əkilmiş, əvvəlki vaxtlarda əkilmiş ağaclara aqrotexniki xidmətlər göstərilmiş, idarə, müəssisə və təşkilatların həyətlərində, park və meydanlarda, yaşayış məntəqələrinin digər ərazilərində təmizlik işləri görülmüşdür. Aksiya çərçivəsində Qusar şəhərinin ərazisində həmişə yaşıl, kənd yollarının kənarlarında müxtəlif növ yerli iqliminə uyğun ümumilikdə 3100 ədəd ağac əkilmişdir.

Keçidlər