Qusarda “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda panel müzakirə keçirilib
17 oktyabr 2025 | 10:24
Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən müzakirədə Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Sığorta Fondu, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, eləcə də "Rabitəbank", "Expressbank", “Unibank” və digər kommersiya bankların nümayəndələri iştirak etmişlər.
Müzakirələr zamanı kənd təsərrüfatı sektorunda tətbiq olunan subsidiya və kredit mexanizmləri, fermerlər üçün əlçatan olan güzəştli maliyyələşmə imkanları və elektron müraciət prosedurları ətraflı izah olunub. Qeyd edilib ki, dövlət dəstəyi fermerlərin investisiya təşəbbüslərinin reallaşmasına, müasir texnologiyaların tətbiqinə və məhsuldarlığın artırılmasına mühüm töhfə verir.
Panel müzakirələrdə iştirakçılara həmçinin aqrar sığorta mexanizmləri, təbii fəlakət və risklər zamanı zərərlərin kompensasiya mexanizmləri, eləcə də sığorta proqramlarının tətbiq qaydaları, qida təhlükəsizliyi tələbləri, istehsal prosesində sanitar və texniki normalara riayət edilməsinin vacibliyi, məhsulun bazarlara çıxış imkanlarına təsir edən faktorlar barədə də barədə geniş məlumat verilib.
Panel müzakirələr sual-cavab formatında davam etdirilib, fermerlərin sualları cavablandırılıb, dövlət dəstək alətlərindən səmərəli istifadə yolları izah olunub.






