Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda “Aqrar Tədarük və Təchizat” ASC ilə fermer və sahibkarların görüşü keçirilmişdir

06 avqust 2025 | 18:25
6 avqust 2025-ci il tarixdə Qusar Dövlət Aqrar İnkişaf Mərkəzində “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndələri ilə rayon ərazisində fəaliyyət göstərən istehsalçı fermer və sahibkarlar arasında görüş təşkil olunmuşdur. Görüşün əsas məqsədi fermerlərin və sahibkarların tedaruk.az elektron portalında qeydiyyat qaydaları ilə tanış edilməsi, onların məhsullarının yeni satış imkanlarının yaradılması və bu sahədə göstərilən dəstəyin artırılması olmuşdur.
Tədbir zamanı “Aqrar Tədarük və Təchizat” ASC-nin nümayəndələri portalın funksionallıqları barədə geniş məlumat vermiş, fermerlərin onlayn qeydiyyat prosesini addım-addım izah etmiş və platformanın üstünlüklərini diqqətə çatdırmışlar. Qeyd olunmuşdur ki, tedaruk.az portalı fermer və sahibkarların məhsullarını daha geniş bazarlara çıxarmaq, satış prosesini asanlaşdırmaq və şəffaflıq təmin etmək baxımından mühüm əhəmiyyətə malikdir.
Fermerlər və sahibkarlar portal üzərindən məhsullarını qeydiyyata alaraq, həm yerli, həm də ölkə səviyyəsində ticarət imkanlarından faydalana biləcəklər. Görüşdə həmçinin, onların qarşılaşdıqları çətinliklər və ehtiyaclar müzakirə olunaraq, əlavə dəstək tədbirlərinin həyata keçirilməsi ilə bağlı təkliflər səsləndirilmişdir.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzi ilə “Aqrar Tədarük və Təchizat” ASC arasında əməkdaşlığın gücləndirilməsi, fermerlərin müasir texnologiyalar və rəqəmsal həllərlə tanışlığı rayonun kənd təsərrüfatı potensialının daha da artırılmasına xidmət edir.
Keçirilmiş görüş fermer və sahibkarların gələcəkdə məhsullarının satışını genişləndirməsi və iqtisadi dayanıqlılığının artırılması üçün mühüm addım kimi qiymətləndirilir.
Keçidlər