Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda Azərbaycan Silahlı Qüvvələr günü münasibətilə möhtəşəm tədbir və parad keçirilib.

24 iyun 2022 | 16:47

Qusar İcra Hakimiyyyətinin və Müdafiə Nazirliyinin rayondakı komando hərbi hissəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104-cü ildönümünə həsr olunan bayram tədbiri şəhərin general Mahmud Əbilov adına mərkəzi meydanında keçirilib. Əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səslənib. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov bayram münasibətilə bütün şəxsi heyəti, qaziləri, şəhid ailələrini təbrik edib. O, çıxışında 2020-ci il də Azərbaycan Respublikasının Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında cəbhədə qazanılan şanlı qələbədən danışıb. Qusarlıların da bu savaşda xüsusi şücaət göstərdiyini, rayonun Vətən müharibəsində 37 igid oğlunu şəhid verdiyini xatırladan Ş.Alxasov 104 yaşlı Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şərəf yolunun hər birimizə nümunə olduğunu vurğulayıb. Sonra müdafiə naziri Zakir Həsənovun şəxsi heyətə bayram təbriki oxunub. Vətən Müharibəsi Qəhrəmanı Renat Şıxnəbiyev, Vətən Müharibəsi qazisi İlkin Abıyev döyüş xatirələrindən söz açaraq şərəfli yol keçmiş Azərbaycan Ordusunda keçdikləri döyüş yolundan qürur duyduqlarını deyiblər. Sonra Müdafiə Nazirliyinin Qusardakı komano hərbi hissəsinin komando qrupu xüsusi döyüş səhnələrini nümayiş etdiriblər. Ustalıqla nümayiş etdirilən səhnələr Qusar sakinləri, iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Vətən Müharibəsində Qusar rayonu106 şəhid verib. Şəhidlərin ruhunu yad edən tədbir mərkəzi meydandan hərbi hissəyədək olan təxminən 4 km məsafədə paradla başa çatıb. Yol boyu qusarlılar hərbçilərin yürüşünü böyük coşqu ilə qarşılayıb. Tədbir hərbi hissədə davam etdirilib.

Keçidlər