Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda güclü leysan yağışları və sel sularından zərər çəkmiş fərdi yaşayış evlərinin yenidən tikintisinə başlanılmışdır

23 sentyabr 2026 | 19:07
 
Cari ilin mart-aprel aylarında Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində müşahidə olunan güclü leysan yağışları və yaranan sel suları nəticəsində bir sıra ərazilərdə müxtəlif fəsadlar qeydə alınmışdır. Yaranmış fəsadların və dəymiş ziyanın nəticələrinin aradan qaldırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 28 aprel 2026-cı il tarixli Sərəncam imzalamışdır. Sərəncam çərçivəsində həyata keçirilən bərpa tədbirləri zərər çəkmiş yaşayış evlərinin yenidən tikintisini də əhatə edir.
Sərəncamdan irəli gələn tədbirlərin icrası çərçivəsində Fövqəladə Hallar Nazirliyi tərəfindən Qusar rayonunun Aşağı Ləgər, Əniq və Quxuroba kəndlərində zərər görmüş 4 fərdi yaşayış evinin yenidən tikintisi həyata keçirilir. Hazırda qeyd olunan yaşayış məntəqələrində tikinti işlərinə başlanılmışdır.
Aşağı Ləgər kəndində Əhmədov Fuad Əlişir oğluna və Şixbalayev Vilayət Məclum oğluna məxsus hər iki yaşayış evinin bir mərtəbəli və 3 otaqlı olmaqla, zirzəmisiz inşa edilməsi nəzərdə tutulmuşdur.
Əniq kəndində İbrahimov Ruslan Zeydulla oğluna məxsus fərdi yaşayış evinin bir mərtəbəli, 4 otaqlı və zirzəmisi olmaqla, Quxuroba kəndində Misrixanova Zərbiyat Həsənfəndi qızına məxsus fərdi yaşayış evinin bir mərtəbəli və 3 otaqlı olmaqla, zirzəmisiz inşa edilməsi nəzərdə tutulmuşdur.
Keçidlər