Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 23)-385-31-32 , (+994 23)-385-26-80

Qusarda güclü yağışın fəsadları aradan qaldırılır

17 aprel 2025 | 18:58
 
Qusar rayonunda 15 aprel gecə saatlarından başlayaraq aprelin 16-sı gün boyu davam edən leysan yağışının fəsadlarının aradan qaldırılması məqsədilə rayon icra hakimiyyəti və rayonun aidiyyəti qurumları tərəfindən tədbirlər davam etdirilib.
Tədbirlər çərçivəsində Əniq-Suvacal yolunun sel suları tərəfindən yuyulmuş hissəsi bərpa edilib. Kəndin ərazisində işlər davam etdirilir. Çiləgir-Urva, Kuzun və Zindanmuruq yolları daş, çınqıl və palçıqdan təmizlənib. Həzrə-Sudur, Həzrə-Zuxul, Qusar-Əniq-Laza avtomobil yollarının müəyyən hissələrində yaranmış qüsurların aradan qaldırılması, bərpası və qardan təmizlənməsi işləri görülür.
Qusarçay çayında çay məcrasının tənzimlənməsi, Gündüzqala kəndində sel suları tərəfindən yuyulması nəticəsində qırılmış 57 mm-lik qaz borusu bərpa olunub. Gədəzeyxur və Köhnə Xudat kəndlərində 4 ev və həyətyanı ərazidən su çəkilərək kənarlaşdırılıb. 60 kənddən 40-da elektrik enerjisinin verilişi bərpa edilib. Digər yaşayış məntəqələrində baş vermiş fəsadların aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
Keçidlər