Qusarda “Heydər Əliyev siyasi məktəbini öyrənirik” dərslərinin növbəti məşğələsi keçirilib-23.05.2025
23 may 2025 | 17:37
Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədilə “Heydər Əliyev siyasi məktəbini öyrənirik” adlı silsilə dərslərin növbəti məşğələsi keçirilib.
Rayon məktəblərinin yuxarı sinif şagirdlərinin cəlb olunduğu məşğələdə giriş sözü ilə çıxış edən RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ceyhun Hacıyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması və xalqın rifahının yaxşılaşdırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən ətraflı məlumat verib. Bildirilib ki, ümummilli lider Heydər Əliyev təkcə müasir Azərbaycanın banisi deyil, o eyni zamanda siyasi uzaqgörənliyi, strateji yanaşmaları və dərin idarəçilik qabiliyyəti ilə bütöv bir siyasi məktəb yaratmışdır.
Tədbirdə çıxış edən YAP Qusar Rayon Təşkilatının sədr müavini Neva Abdurahmanova, Heydər Əliyev Mərkəzinin direktor əvəzi Fatimə Zülfüqarova, Ukur kənd ümumi orta məktəbin müəllimi Tahirə Kazımova Ulu Öndərin həyat və fəaliyyəti haqqında şagirdlərə məlumat verərək, dahi şəxsiyyətin irsinin öyrənilməsinin gənclərin şəxsiyyət kimi Vətənə məhəbbət ruhunda formalaşmasında mühüm əhəmiyyət daşıdığını qeyd ediblər. Vurğulanıb ki, bu cür məşğələlərin keçirilməsi Ulu Öndərin əziz xatirəsinin əbədiləşdirilməsi ilə yanaşı, onun ideyalarının yaşadılması və gələcək nəsillərə ötürülməsinə xidmət edir.






